Lionel Messinin "İnter Mayami"yə keçməsi klubun sosial şəbəkə hesablarına da öz təsirini göstərib.
Sportarena.az xəbər verir ki, açıqlamadan sonra bir milyondan çox insan "İnter Mayami"nin sosial şəbəkəsinə abunə olub.
"Marca"nın məlumatına görə, argentinalı hücumçunun transferi elan edilənə qədər "İnter Mayami"nin İnstagram hesabında bir milyona yaxın abunəçi var idi. TRANSFER elan edildikdən sonra bir neçə saat ərzində təxminən 1,3 milyon insan profilİ izləməyə başlayıb.
Daha əvvəl bildirilmişdi ki, Messinin PSJ-dən ayrılması elan edildikdən sonra 1,7 milyondan çox insan parislilərin İnstaqramına abunəliyini dayandırıb.