Messinin “İnter Mayami” ilə anlaşmasının detalları

15:21 8 İyun 2023

Argentina millisinin kapitanı Lionel Messinin “İnter Mayami" ilə imzalayacağı müqavilənin detalları müəyyənləşib.

 

Sportarena.az “Tyc Sports”a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yeni klubu ilə 3 illik müqavilə üçün razılaşıb. Bildirilib ki, futbolçunun müqaviləsində ilk iki mövsümün sonunda azad agent kimi ayrıla biləcəyi ilə bağlı bənd var. Həmçinin qeyd edilir ki, tərəflər müqavilənin 2026-cı ilə qədər qüvvədə olmasını istəyirlərsə, əməkdaşlığı davam etdirməyə razılıq verməlidirlər.

 

Messinin “İnter Mayami” ilə rəsmi olaraq iyulun 1-də müqavilə imzalayacağı gözlənilir.

 

Xatırladaq ki, Messi bu ay PSJ-dən azad agent kimi ayrılmlşdı. Onun “Barselona" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təkliflərini rədd etdiyi bildirilir.


Digər xəbərlər

Xəbər xətti