İtaliyalı futbolçu bütün UEFA turnirlərində qalib olmaqla tarixə düşüb

16:26 8 İyun 2023

İtaliya millisinin futbolçusu Emerson Palmyeri tarixə düşüb.

 

Sportarena.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalibi olan yeganə oyunçudur.

 

Palmyeri son olaraq ötən gün İngiltərənin "Vest Hem" klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb. London təmsilçisi finalda İtaliya "Fiorentina"sını 2:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Emerson Palmyeri 2019-cu ildə İngiltərə təmsilçisi "Çelsi" ilə Bakıda UEFA Avropa Liqasının, iki il sonra Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmin il İtaliya yığması ilə qitə çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti