Liqa 1 klubunda yeni təyinat

16:52 8 İyun 2023

Fransanın “Monako” klubunda yeni təyinat gerçəkləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Tiaqo Skuro yeni idman direktoru təyin edilib.

 

O, öncədən “Braqantino”da çalışıb. Skuro 2018-ci ildən adıçəkilən klubda fəaliyyət göstərib. Tiaqo “Monako”da Pol Miçeli əvəzləyib. Miçel 2020-ci ildən Liqa 1 təmsilçisində çalışıb.


Digər xəbərlər

Xəbər xətti