Məğlubiyyətsiz çempion!

18:49 8 İyun 2023

“Vest Hem” Avropa Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub edib (2:1).

 

Sportarena.az “Opta”-ya istinadən xəbər verir ki, ilk dəfə bir İngiltərə klubu avrokuboklarda (12 qələbə) ölkə çempionatının oyunlarından (11 qələbə) daha çox qələbə qazanıb.

 

“Çəkicdöyənlər” Avropa Konfrans Liqasında bir dəfə də məğlub olmayıb.

 

Xatırladaq ki, “Vest Hem” 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti