Hazard da MLS-ə gedir?

19:46 8 İyun 2023

Eden Hazard karyerasını bitirməyəcək. Ötən həftə “Real”dan ayrılan belçikalı hücumçu seçim edir.

 

Sportarena.az xəbər verir ki, ərəb klublarının da istədiyi oyunçuya ABŞ-dan real təklif gəlib. Ulduz futbolçuları MLS-ə cəlb etmək istəyən amerikalılar, Lionel Messidən sonra Hazardı da azarkeşləri önünə gətirmək niyyətindədir. Edenə “Vankuver Uaytkeps” təklif göndərib.

 

“İnter Mayami” isə Anhel di Mariyanı heyətinə qatmağa çalışır. “Yuventus”da azad agent kmi ayrılan argentinalı dünya çempionu tezliklə qərar verməlidir. Onunla hazırda Avropadakı ilk klubu “Benfika” da maraqlanır.


Digər xəbərlər

Xəbər xətti