"Real" 3 mövsümdür "Milan"da icarə əsasında çıxış edən futbolçusu Braim Diasla müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano öz Tvitter səhifəsində məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
İspaniyalı futbolçu 2022-2023 mövsümündə "Milan"ın heyətində 44 oyuna çıxıb, 7 qol vurub və 7 qol ötürməsi edib.
İtaliya mətbuatı yazıb ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti yeni mövsümdə Diası komandasında görmək istəyir.