“İnter Mayami” daha bir argentinalı futbolçu ilə müqavilə imzalaya bilər.
Sportarena.az “TyC Sports”-a istinadən xəbər verir ki, Lionel Messinin keçidinin ardından MLS klubu “Yuventus”dan ayrıldıqdan sonra azad agent statusunda olan Anxel Di Mariya variantını nəzərdən keçirir.
Amma məlumatda deyilir ki, Di Mariyanın prioriteti Avropada qalmaqdır.
Daha əvvəl Portuqaliyanın “Benfika” klubunun da vaxtı ilə formasını geyinmiş Di Mariyanı geri qaytarmaq istədiyi deyilirdi.