Hücumçu Kərim Benzema rəsmi olaraq "Əl İttihad"ın oyunçusu kimi təqdim olunub.
Sportarena.az xəbər verir ki, 35 yaşlı futbolçunun təqdimat mərasiminə 62 mindən çox azarkeş iştirak edib. Onunla 2026-cı ilə qədər müqavilə imzalanıb.
Tədbir zamanı fransalı futbolçu öz “Qızıl top”unu azarkeşlərə nümayiş etdirib. Stadionda işıq şousu da təşkil olunub.
Qeyd edək ki, Benzemanın son klubu 2009-cu ildən çıxış etdiyi "Real" olub. 2022/23 mövsümündə hücumçu 43 oyuna çıxıb, 31 qol vurub və 6 qolun ötürməsini verib.