"Vest Hem"in kapitanı Deklan Rays komandadan ayrılıb.
Sportarena.az xəbər verir ki, bunu klub prezidenti David Salliva "Talk Sport"a açıqlamasında deyib:
"Düşünürəm ki, bu, Deklanın klubumuzdakı son oyunu idi. Biz ona söz verdik ki, gedə biləcək. Getməyə qərar verdi. Bu mövsüm komanda üçün çox şey etmiş bir insanın qarşısında dayana bilməzsən".
Deklan Raysın "Arsenal"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Deklan Rays 2017-ci ildən "Vest Hem"də çıxış edir. Bu müddət ərzində o, 245 oyun keçirib və 15 qol vurub. 24 yaşlı ingiltərli yarımmüdafiəçi Konfrans Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib. Onun komandası finalda "Fiorentina"ya qalib gələrək (2:1) turnirin qalibi olub.