İspaniyalı baş məşqçi: "Hamıya aydındır ki, biz qrupda favorit deyilik".

12:20 9 İyun 2023

"Hamıya aydındır ki, biz qrupda favorit deyilik".

 

Sportarena.az xəbər verir ki, bunu futzal üzrə Niderland millisinin baş məşqçisi Migel Andres Moreno final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü barədə danışarkən deyib.

 

İspaniyalı mütəxəssis Azərbaycan seçməsinin də yer aldığı qrupda güclü kollektivlərin olduğunu bildirib:

"Bunu əvvəl də bilirdik. Çünki yarışın bu mərhələsində yalnız yüksək səviyyəli yığmalara rast gələ bilərsən. Belə turnirlərdən çox şey öyrənməli və komanda olaraq daha da inkişaf etməliyik".

 

Qeyd edək ki, Azərbaycan komandası A qrupunda Niderlandla yanaşı Qazaxıstan və Rumıniya seçmələri ilə də üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti