TV8-in rəhbəri Acun Ilıcalı daha bir futbol klubu alıb.
Sportarena.az xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunun sahibi olub.
Tanınmış iş adamı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib: "Hall Siti" ilə başlayan güclü futbol sərmayələrimiz İrlandiya Premyer Liqasının ən qədim və köklü klublarından biri olan "Şelburn"un əsas səhmlərinin alınması ilə davam edir. Məqsədimiz bu klubla birlikdə avrokuboklarda iştirak etmək, mühüm uğurlara imza atmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə tam inanırıq".
Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin "Hall Siti" klubunun da sahibidir.