Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay komandadan ayrılıb.
Sportarena.az xəbər verir ki, o, bu qərarını Superliqanın 2022/23 mövsümünün sonuncu – 38-ci turunda “Kayserispor”la ev oyunundan (1:1) sonrakı mətbuat konfransında açıqlayıb.
60 yaşlı mütəxəssin klubla başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Çalımbay 2010-2013-cü illər aralığında da “Sivasspor”u çalışdırıb. "Sivasspor" ötən mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub.