Babayevdən Slovakiyada gümüş medal

14:41 9 İyun 2023

Slovakiyanın Koşiçe şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb.

 

Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti