“Real”ın yarımmüdafiəçisi Eden Hazard “kral klubu”ndan ayrıldıqdan sonra karyerasını davam etdirəcək.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, MLS-ə gedə bilər. Belçikalı ona təklif ediləcək layihəni diqqətlə nəzərdən keçirmək fikrindədir.
İyunun 3-də La Liqa klubu 32 yaşlı futbolçu ilə müqaviləyə xitam vermək üçün qarşılıqlı razılıq əldə edib.
Belçika millisinin keçmiş üzvü Madrid təmsilçisinin heyətində 76 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. O, “Real”ın heyətində iki dəfə İspaniya La Liqasını (2019/20, 2021/22), bir dəfə ölkə kubokunu (2022/23), iki dəfə İspaniya superkubokunu (2019/20, 2021/22) və 2021/22 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb.
Xatırladaq ki, argentinalı futbolçu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubuna keçib.