Mourinyo Türkiyə millisinin üzvünü istəyir

17:16 9 İyun 2023

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını Avropada davam etdirməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı qolkiperlə "Roma" və "Nottingem Forest" maraqlanır. Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. Joze Mourinyonun çalışdırdığı İtaliya təmsilçisi Türkiyə klubuna rəsmi təklif göndərəcək.

 

Qeyd edək ki, Uğurcan Çakı "Trabzonspor"un yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində 44 rəsmi matçda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti