AÇ-2024-ün seçmə mərhələsində Latviya və Uels yığmaları ilə üz-üzə gələcək Türkiyə millisinin heyəti məlum olub.
Sportarena.az xəbər verir ki, baş məşqçi Ştefan Kunts 25 futbolçuya dəvət göndərib:
Qapıçılar: Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor), Muhammed Şengezer (“Başakşəhər”);
Müdafiəçilər: Zeki Çelik (“Roma”, İtaliya), Abdülkerim Bardakçı (“Qalatasaray”), Cenk Özkacar (“Valensiya”, İspaniya), Çağlar Söyüncü (“Atletiko”, Madrid İspaniya), Merih Demiral (“Atalanta”, İtaliya), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Samet Akaydin (“Fənərbaxça”), Eren Elmalı (“Trabzonspor”), Ferdi Kadıoğlu (“Fənərbaxça”);
Yarımmüdafiəçilər və hücumçular: Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmail Yüksek (“Fənərbaxça), Orkun Kökçü (“Feyenoord”, Niderland), Salih Özcan (“Borussiya”, Dortmund, Almaniya), Salih Uçan (“Beşiktaş”), Cengiz Ünder (“Marsel”, Fransa), Kenan Karaman (“Şalke”, Almaniya), Arda Güler (“Fənərbaxça”), Barış Alper Yılmaz (“Qalatasaray”), İrfan Can Kahveci (“Fənərbaxça”), Kerem Aktürkoğlu (“Qalatasaray”), Umut Nayir (“Ümraniyespor”), Umut Bozok (“Trabzonspor”)
İyunun 16-da Latviyanın qonağı olacaq Türkiyə millisi üç gün sonra Uelsi qəbul edəcək.