"Qarabağ"ın sabiq qapıçısı "Everton"dan ayrılıb

10:18 10 İyun 2023

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə "Everton"undan ayrılıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qolkiper Mersisayd təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.

 

O, daha çox oynaya biləcəyi komandaya getmək üçün bu addımı atıb. Beqoviç "Everton"da Cordan Pikfordun əvəzləyicisi idi.

 

İddiaya görə, 36 yaşlı qapıçı karyerasını Premyer Liqaya yenicə yüksələn "Luton" klubunda davam etdirə bilər.

 

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.


Digər xəbərlər

Xəbər xətti