Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ start götürüb.
Sportarena.az xəbər verir ki, velosipedçilər Gəncədən mübarizəyə başlayıblar.
12 komandanın 74 idmançısı Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq.
Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir.