Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionundakı qarşılaşma ingilislərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. "Şəhərlilər" tarixində ilk dəfə UEFA səviyyəsindəki ən böyük titulun sahibi olub.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. "Mançester Siti" (İngiltərə) 1:0 "İnter" (İtaliya) (yekun)
Qol: Rodri 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu