İspaniyanın “Valensiya” klubu mövsümün əvvəlində Lion “Olimpik”indən (Fransa) icarəyə götürdüyü türkiyəli futbolçu Cenk Özkacarın transfer hüquqlarını da alıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Onun əvvəlki klubuna isə bu transferə görə 5 milyon avro ödənilib.
Türk müdafiəçi geridə qalan mövsüm ərzində bu komandada 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.