İnzaqidən erməni futbolçu ilə bağlı açıqlama

14:29 10 İyun 2023

“İnter”in baş məşqçisi Simone İnzaqi yarımmüdafiəçi Henrix Mxitaryan haqda fikirlərini bölüşüb. O, erməni futbolçunun Çempionlar Liqasının “Mançester Siti” ilə final matçına hazır olduğunu deyib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Mxitaryanın zədəsini bərpa etdiyini açıqlayıb:

“Zədəsini sağaldıb və matça hazırdır. Bizim əla komandamız var”.

 

Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti