Liqa 1 klubunda 4 ayrılıq

16:33 10 İyun 2023

Fransanın “Nitsa” klubu dörd futbolçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə Nikolas Pepe, Ross Barkli, Co Brayan və Andi Delorla vidalaşıb.

 

Ross Barklinin klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədikləri üçün vidalaşıblar.

 

Andi Delor bu ilin əvvəlində icarəyə verildiyi “Nant”a satılıb. “Nant” bu keçid üçün “Nitsa”ya 5 milyon avro ödəyib.

 

Ötən yay “Arsenal”dan icarəyə götürülmüş Nikolas Pepe, həmçinin “Fulhem”dən icarəyə götürülən Co Brayan isə müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.


Digər xəbərlər

Xəbər xətti