Fransanın "Lion" klubu futbolçusu Jerom Boatenqlə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, almaniyalı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Bu barədə Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Boatenq 2021-ci ildə 10 il oynadığı "Bavariya"dan azad agent kimi "Lion"a keçib. 34 yaşlı mərkəz müdafiəçisi son mövsümdə komandanın heyətində 8 matçda meydana çıxıb.