"Tottenhem"də icarə əsasında oynayan Kleman Lanqle klubda qalacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Tottenhem"də keçirib. O, müqavilə ilə "Barselona"ya məxsusdur. Gələn həftə, klubların görüşəcəyi zaman tam transfer təşkil olunacaq.
"Barselona" Lanqlenin transferindən 6 milyon avro qazanacaq.
Müdafiəçinin "Tottenhem"ə keçidi ilə Kataloniya klubunun da xeyrinədir. Çünki maaş xərclərinin azalması feyr pley məsələlərinin nizamlanmasına kömək edəcək.
Premyer Liqanın 2022/2023 mövsümündə Lanqle 26 matçda iştirak edib, qol vurmayıb, lakin 2 qolun ötürməsini verib.