"Milan"la danışıqlara başladılar

18:29 10 İyun 2023

"Çelsi" "Milan"ın qapıçısı Mayk Meynyanı transfer etməyi planlaşdırır.

 

Sportarena.az "L'Equipe"yə istinadən xəbər verir ki, London klubu futbolçunun transferi ilə bağlı danışıqlar aparır. “Zadəganlar” Kepa Arrizabalaqa və Eduard Mendinin çıxışından narazıdır və yeni əsas qapıçı axtarışındadır.

 

Lakin İtaliya klubu Menyanı toxunulmaz hesab edir və onu satmaq niyyətində deyil.

 

Ötən mövsüm A Seriyasında fransalı qolkiper 22 oyuna çıxıb və 21 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti