Bundesliqa klubunda üç ayrılıq, bir yeni müqavilə, bir yeni futbolçu

20:53 10 İyun 2023

Almaniyanın “Leypsiq” klubunda ispaniyalı yarımmüdafiəçi Dani Olmo ilə yeni müqavilə imzalanıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər arasındakı sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Olmo 2020-ci ildən oynadığı “Leypsiq”də 123 oyuna 21 qol vurub. O, İspaniya yığmasında da 30 oyun keçirib, 6 qola imza atıb.

 

“Leypsiq” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Paderborn”un qapıçısı Leopold Zingerle ilə güclənib. 29 yaşlı alman qolkiperlə müqavilənin müddəti açıqlanmır.

 

Ötən mövsümün əvvəlində İsveçrənin “Bazel” klubuna icarəyə verilmiş Huqo Novoa isə bu komandanın düşərgəsinə qayıdıb. O, geridə qalan mövsümdə “Bazel”də 17 oyuna çıxıb, 1 qol vurub. Almaniya klubuna 2019-cu ildə “Deportivo”dan gəlmiş 20 yaşlı ispan futbolçu Bundesliqa təmsilçisində 23 oyun keçirib, 2 qol vurub.

 

“Leypsiq” mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Abdu Diallo ilə də yollarını ayırıb. 27 yaşlı mərkəz müdafiəçisi geridə qalan mövsümdə Almaniya klubunda 15 oyuna çıxıb, 1 qol vurub.

 

“Leypsiq” qapıçısı Öryan Nyulandla da yollarını ayırıb. 32 yaşlı qolkiperlə müddəti bu ayın sonunda bitəcək müqavilə yenilənməyib. Norveçli futbolçu “Leypsiq”də cəmi 3 oyun keçirib.

 

“Leypsiq” İtaliyanın “Cenoa” klubuna icarəyə verdiyi digər qapıçısı Xosep Martinesi də Genuya təmsilçisinə birdəfəlik satıb. İtaliya klubu bu keçid üçün 3,5 milyon avro ödəyib.


Digər xəbərlər

Xəbər xətti