Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan UEFA prezidenti Aleksandr Çeferinlə görüşüb.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Atatürk Hava Limanında mətbuat üçün qapalı keçib.
Bu gün Çempionlar Liqasının finalında İstanbuldakı Atatürk Olimpiya Stadionunda "Mançester Siti" - "İnter" qarşılaşması oynanılacaq. Çeferin sözügedən matçı izləmək üçün Türkiyəyə gedib.