“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, clasın gündəliyinə iki məsələ daxil edilib. İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub. Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib.
İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.
Ötən mövsüm "Kəpəz"i Tərlan Əhmədov çalışdırıb. Onun başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, Gəncə təmsilçisi 2022/2023 mövsümündə ölkə çempionatını 31 xalla 8-ci pillədə başa vurub.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl “Zirə-2”nin baş məşqçisi olub. Klub onunla ötən ilin dekabrın sonlarında yolları ayırdığını açıqlayıb.