Vilyam Saliba “Arsenal”la müqaviləni uzadacaq.
Sportarena.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu müdafiəçi ilə 4 illik yeni müqavilə imzalamaq üçün razılığa gəlib. Tərəflər müqavilənin detallarının müzakirəsini davam etdirirlər.
Məlumatda qeyd olunur ki, 22 yaşlı futbolçuya İngiltərədən və xaricdən bir çox klublar maraq göstərib.
Saliba ötən mövsüm Premyer Liqada 27 oyuna çıxıb.