Niderlandlı keçmiş futbolçu Klarens Zeedorf “Mançester Siti” klubu haqda fikirlərini bölüşüb.
Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin fantastik çıxış etdiyini bildirib:
“Mançester Siti”də hələ görüləsi çox iş var. Klubun prezidenti Haldun əl-Mübarəklə tanışam. Klubda gedən prosesləri izləyirəm, baş verənləri bəyənirəm. Azarkeşlər “şəhərlilər”in “Milan”, “Mançester Yunayted”, “Real” kimi klub olması üçün səbirli olmalıdırlar. Bu, vaxt tələb edir.
Tarix zamanla yazılır. Lakin onlar hazırda fantastik çıxış edirlər. Əla oyunçuları var və Avropanın ən yaxşısıdırlar”.
Xatırladaq ki, “Mançester Siti” bu gün Çempionlar Liqasının final matçında “İnter”lə qarşılaşacaq.