"Qalatasaray"ın istədiyi futbolçu "Aston Villa"da

14:50 11 İyun 2023

"Lester Siti" ilə müqaviləsi başa çatan Yuri Tilemansın yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Qalatasaray"ın heyətinə qatmaq istədiyi belçikalı yarımmüdafiəçi "Aston Villa"ya keçəcək. Bu barədə The Atletic nəşri məlumat yayıb. 

 

26 yaşlı futbolçu Birmingem təmsilçisi ilə bütün şərtləri razılaşdırıb. Onun günlərdə tibbi müayinədən sonra onunla rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Yuri Tilemans "Lester Siti"yə 2019-cu ilin yayında "Monako"dan transfer olunmuşdu. Belçika millisinun üzvü son mövsümdə "tülkülər"in heyətində meydana çıxdığı 37 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti