"Feyenoord"un yarımmüdafiəçisi Orkan Kökçü "Benfika"ya keçib.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz "Tvitter" səhifəsində yazıb.
Lissabon təmsilçisinin 22 yaşlı türk yarımmüdafiəçi üçün 30 milyon + sonrakı satışın 25 faizini təklif edib. Belə şərtlər Niderland klubunu tamamilə qane edib. Müqavilə ilə bağlı rəsmi açıqlama yaxın vaxtlarda yayımlanacaq.
2022/2023 mövsümündə Kökçü "Feyenoord"un heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 12 qol və 4 qolun ötürməsini verib.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.