"Mançester Siti"nin futbolçusu Erlinq Haaland Çempionlar Liqasının 2022/23 mövsümünün bombardiridir.
Sportarena.az xəbər verir ki, hücumçu 11 matçda 12 qol vurub. Bununla da Haaland hamını qabaqlayıb.
2-ci yerdə "Liverpul"dan Məhəmməd Salah (8 qol), 3-cü yerdə "Real"dan Vinisius Junior və PSJ-nin hücumçusu Kilian Mbappedir (hər biri 7 qol).