Nəsirlinin komandası səfərdən 1 xalla qayıtdı

13:00 11 İyun 2023

Latviya çempionatında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.

 

Ramin də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.

 

Futbolçumzun komandası hazırda 14 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

 

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.


Digər xəbərlər

Xəbər xətti