“Konyaspor” Mahir üçün 1 milyon avro ödəyəcəkmi?

13:30 11 İyun 2023

Türkiyə mətbuatında Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı yeni məlumat yayılıb.

 

Sportarena.az xəbər verir ki, Konyada nəşr olunan “Anadoluda bugün” nəşri M.Emrelinin “Konyaspor”dan ayrılması ilə bağlı xəbər dərc edib. Məlumatda xatırladılıb ki, M.Emreli bu ilin qışında “Dinamo” Zaqrebdən icarə qaydasında “Konyaspor”a keçib. Onun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra futbolçunun birdəfəlik transfer edilə biləcəyinə dair bənd də olub. Həmin bəndə əsasən, “Konyaspor” 1 milyon avro qarşılığında Emrelini ala bilər. Lakin qəzetin yazdığına görə, “Konyaspor” bu məbləği ödəmək fikrində deyil. 
 

Daha öncə verdiyi müsahibədə futbolçu özü yeni mövsümdə də "Konyaspor"da oynamaq istəyini gizlətməyib.

 

Xatırladaq ki, M.Emreli bugünlərdə “Konyaspor”dan vidaşlaşıb. Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

 

M.Emreli Türkiyə superliqasında 12 oyun keçirib, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti