"Mançester Siti"nin futbolçusu Kevin de Bruyne üç ay meydanlardan kənar qala bilər.
Sportarena.az “Daily Mail”ə istinadən xəbər verir ki, “şəhərlilər”in aparıcı üzvü Bruyne Çempionlar Liqasının finalında ciddi zədələnib.
Belçikalının sağ budunda yırtıq aşkarlanıb. Belədə, onun minimum üç aya qədər sıradan çıxdığı bildirilib.