İlkay Gündoğan: "Tarix yazdıq"

19:57 11 İyun 2023

"Mançester Siti"nin kapitanı İlkay Gündoğan Çempionlar Liqasının qalibi olduqdan sonra emosiyalarını bölüşüb.

 

Sportarena.az xəbər verir ki, “BT Sport”a açıqlama verən Türkiyəəsilli almaniyalı futbolçu İstanbulda keçirilmiş finalı belə şərh edib:

"Sadəcə inanılmaz. Sözlə ifadə etmək çətindir. Tarix yazdıq. Hər iki komanda üçün çətin matç oldu. İlk hissədə ən yaxşı formamızda deyildik, tərəddüd etdik. Başa düşürdük ki, ikinci hissədə daha yaxşı oynamalıyıq. Yəqin ki, bərabər səviyyəli oyun idi. Bəxtimiz gətirdi ki, üstünlük biz tərəfdə oldu. Təzyiq var idi, lakin bu komanda təzyiqin ən yaxşı şəkildə öhdəsindən gəlmək üçün yaradılıb".

 

Xatırladaq ki, "Mançester Siti" ÇL-in finalında Rodrinin vurduğu yeganə qolla "İnter"i məğlub edərək kuboka sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti