“Sevilya”dan 12 milyonluq transfer

20:51 11 İyun 2023

Fransanın “Renn” klubu müdafiəçisi Loik Badeylə vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu bu ilin yanvarinda satınalma şərti ilə icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını da alıb.

 

23 yaşlı futbolçunun keçidi La Liqa klubuna 12 milyon avroya başa gəlib. Futbolçu ilə müqavilə isə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Bade bu ilin əvvəlindən oynadığı İspaniya klubuna 27 oyuna 2 qol vurub.

 

Mali yığmasının sağ cinah müdafiəçisi Hamari Traore də “Renn”dən ayrılıb. 31 yaşlı futbolçunun müqaviləsinin müddəti bitdiyi üçün o, azad agent kimi İspaniyanın “Real Sosyedad” klubuna keçib. Traore 2017-ci ildən formasını geyindiyi “Renn”də 239 oyuna 6 qol vurub.

 

Yeri gəlmişkən, “Real Sosyedad” da 2022-ci ilin iyulunda Niderlandın “Utrext” klubuna icarəyə verdiyi Modibo Saqnanı sözügedən komandaya birdəfəlik satıb. İspaniya klubu bu keçiddən 2.5 milyon avro qazanıb.


Digər xəbərlər

Xəbər xətti