Ərəblər İkardini də almaq istəyir

21:22 11 İyun 2023

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, son mövsümü icarə əsasında "Qalatasaray"da keçirən Mauro İkardi ilə "Əl Taavun" klubu maraqlanır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Son qərarı argentinalı hücumçunun müqavilə ilə məxsius olduğu PSJ-nin verəcəyi bildirilib

 

Qeyd edək ki, İkardi ötən mövsüm "Qalatasaray"da 26 oyunda 23 qol vurub, 8 məhsuldar ötürmə edib. 30 yaşlı forvardın Paris klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Digər xəbərlər

Xəbər xətti