Rusiya kubokunun sahibi bəlli olub.
Sportarena.az xəbər verir ki, Superfinal adlandırılan həlledici görüşdə ÇSKA “Krasnodar”la qarşılaşıb. Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Turnirin reqlamentinə əsasən əlavə 30 dəqiqə oynanılmayıb və dərhal penalti zərbələri yerinə yetirilib.
Daha dəqiq oynayan ÇSKA kubokun sahibi olub.
“Krasnodar” – ÇSKA(Moskva) 1:1 (penaltilər: 5-6)
Qollar: Kordoba 50 – Çalov 32(p)