“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne UEFA Çempionlar Liqası mövsümündə ən çox ötürmə edən futbolçu olub.
Sportarena.az xəbər verir ki, Kevin 10 oyunda 7 məhsuldar ötürmə edib. "Real"ın futbolçusu Vinisius Junior 6 məhsuldar ötürmə ilə 2-ci yeri tutub. "İnter"dən Federiko Dimarko 5 məhsuldar ötürmə edib və 3-cü olub.
Qeyd edək ki, "Mançester Siti" ötən gecə "İnter"ə qalib gələrk ÇL-i qazanıb.