“Verona” və “Kalyari” A Seriyasında

10:18 12 İyun 2023

İtaliya A Seriyasının 2022/23 mövsümünün bütün iştirakçıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Kalyari” B Seriyasında mövsümü 3-8-ci yerlərdə bitirmiş komandalar arasında baş tutan pley-off mübarizəsinin sonunda çempion olaraq elitaya yüksəlib.

 

Sözügedən komanda pley-offun iki oyundan ibarət finalında “Bari”ni üstələyib – 2:1. Nəticədə Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi cəmi bir illik fasilədən sonra yenidən A Seriyasına qayıdıb.

 

Bu gün həm də A Seriyasına qalmaq uğrunda əlavə matç baş tutub. Mövsümün əsas hissəsini 31 xalla 17 və 18-ci pillələrdə başa vurmuş “Spetsiya” ilə “Verona” əlavə matç keçirmək məcburiyyətində qalıblar. Rəqibini 3:1 hesabıyla məğlub edən “Verona” elitada qalıb, “Spetsiya” isə B Seriyasına yuvarlanıb.

 

Daha öncə “Kremoneze” və “Sampdoriya” da A Seriyasını tərk etmişdi. Bu iki komandanın əvəzində də “Frozininoe” və “Cenoa” elitaya çıxmışdı.


Xəbər xətti