Uruqvay dünya çempionu oldu

10:36 12 İyun 2023

20 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. Argentinada təşkil olunan yarışın finalında Uruqvay və İtaliya komandaları üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, Uruqvay 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub. Qolu 86-cı dəqiqədə Lusiano Rodriges vurub.

 

Üçüncü yer uğrunda görüşdə isə İsrail və Cənubi Koreya komandaları qarşılaşıblar. 3:1 hesabı ilə qalib gələn İsrail bürünc medalları qazanıb.

 

İtaliya millisinin yarımmüdafiəçisi Çezare Kazadey FİFA tərəfindən dünya çempionatının ən yaxşı oyunçusu elan edilib. “Çelsi”nin də üzvü olan 20 yaşlı futbolçu yarışda 8 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib. O, həmçinin turnirin bombardiri olub.


Digər xəbərlər

Xəbər xətti