Misirin “Əl-Əhli” klubu 11-ci dəfə Afrika Çempionlar Liqasının qalibi olub. Onlar buna heç-heçə sayəsində sevinib.
Sportarena.az xəbər verir ki, Kasabalankada baş tutan Mərakeş “Vidad”ı ilə cavab matçı 1:1 hesabı ilə bitib. Misirlilər evdəki ilk oyunda 2:1 hesabı ilə qalib həldiyindən yekunda titula sahib çıxıb.
“Əl-Əhli” Afrika Çempionlar Liqasının ən titullu klubudur. İkinci sırada Qahirə “Zəmələk”i (5), onun ardınca “Vidad” (3) gəlir.