Xviça ÇL-in ən yaxşısı seçildi

11:19 12 İyun 2023

Çempionlar Liqasında 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Napoli"dən Xviça Kvaratsxeliya olub. UEFA 22 yaşlı gürcüstanlı yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirib.

 

UEFA Xviça Kvaratsxeliyanı 2022/23 mövsümündə Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu kimi tanıyıb.

 

Xatırladaq ki, "Napoli" Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib və burada iki görüşün cəmində "Milan"a uduzub.  Xviça turnirdə 9 oyun keçirib, 2 qol vurub, 4 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti