Mançester Yunayted" futbolçusu Ceydon Sançonu satacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 23 yaşlı ingilis "Tottenhem"in diqqətini çəkir, lakin klubun tələb olunan məbləği, yəni 60 milyon funt-sterlinqi ödəməyə hazır olub-olmadığı məlum deyil. Ola bilər ki, London klubu Ceydonu icarəyə götürməyə çalışsın.
Lakin "qırmızı şeytanlar" Ceydondan qurtulmaq istəyirlər.
Qeyd edək ki, Sançonun Premyer Liqada keçirdiyi 49 oyunda 8 qol və 5 qolun ötürməsini verib.