Çempionlaq Liqasının qalibi: "Anamın dondurma almaq üçün 1 funtu belə yox idi"

12:40 12 İyun 2023

"Mançester Siti"nin futbolçusu Kayl Uoker Çempionlar Liqasını qazandıqdan sonra uşaqlıq illərini xatırlayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, o, çətinliklər yaşadıqlarını dilə gətirib:

“Mənim arzum gerçəkləşdi. Anam və atam tribunada idi. Biz Şeffilddənik. Bizim üçün həyat heç də asan olmayıb. Və bu anı ailəmlə yaşaya bilməyim xüsusi bir şeydir. Yadımdadır, anamın dondurma üçün bir funtu belə yox idi. Və mən çox minnətdaram ki, o, bütün bunları mənimlə yaşayır.

Klubun bu illər ərzində hər birimiz üçün etdiklərini nəzərə alsaq, trebl inanılmaz bir nailiyyətdir. Altı ildir ki, buradayam və bu klubun mənə verdiyi hər şeyə görə onlara həmişəlik borcluyam".


Digər xəbərlər

Xəbər xətti