"Sabah"ın baş məşqçisi Murad Musayev sport24.ru-ya müsahibə verib.
Sportarena.az xəbər verir ki, mütəxəssis "Sabah"dakı maaşı barədə də danışıb. "Krasnodar"ın sabiq baş məşqçisi bildirib ki, hazırda sözügedən komandanı çalışdıran və illik 2 milyon avro maaş alan Vladimir İviçdən daha az qazanır:
"Mən daha az məvacib qazanıram. "Sabah"da yaxşı maaş alıram və bu, məni qane edir. Mən xoşbəxtəm. Bir ailənin rahat yaşaya bilməsi üçün aylıq 500 min rubl lazımdır (gülür)".