“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan ayrılan sol cinah vingeri Rayan Kenti transfer edib.
İngiltərədən olan 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Liverpul”un yetirməsi olan Kent daha öncə “Koventri Siti”, “Barnsli”, “Frayburq”, “Bristol Siti” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2018-ci ildən “Reyncers”də çıxış edirdi. O, İngiltərənin U-18 və U-20 yığmalarında da oynayıb.